BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Kitabxanada qalmaqal - Əməkdaşlar işə çıxmaqdan imtina edir - SƏBƏB

Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər. 

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir. 

 

Məlumatda qeyd olunub ki, tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi iştirak edəcək. Eyni zamanda vurğulanıb ki, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərcləndiyi bildirilir. 

 

Pravda.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova ilə bir neçə dəfə əlaqə saxlasa da, Ə.İsmayılova zənglərə cavab verməyib. 

 

Milli Kitabxanın daxili nömrəsinə etdiyimiz zənglər də cavabsız qalıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 Sentyabr 2023, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin