BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobusda cibgirlik edən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Zakir Məlikovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 1999-cu il təvəllüdlü Zakir Məlikov tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2023-cü il tarixdə, saat 16 radələrində 535 saylı marşrut avtobusu ilə hərəkətdə olarkən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən bazarın yaxınlığındakı dayanacaqda həmin nəqliyyat vasitəsinin sərnişini olan zərərçəkmiş M.N.-nin (şərti) bel çantasından içərisində ona və övladlarına məxsus şəxsiyyət vəsiqələrini və plastik kredit kartını gizli olaraq talayıb. Daha sonra o, elə həmin gün sözügedən kartdan istifadə etməklə Xırdalan şəhəri ərazisində yerləşən ayrı-ayrı marketlərdən ümumilikdə 106,64 manatlıq alış-veriş edib. Bundan başqa, təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 mart 2023-cü il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin qarşısında 535 saylı marşrut avtobusuna minmək istəyən sərnişin, zərərçəkmiş A.A.-nın əynindəki paltonun sağ yan cibindən 1 ədəd 120 manat dəyərində “Samsung” markalı “Galaxy A51” modelli mobil telefonu çıxararaq oğurlayıb. Daha sonra Zakir Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 21 Sentyabr 2023, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin