BURADA REKLAMINIZ OLA
BİLƏR

Referendum olacaq? - "Konstitusiyada müəyyən dəyişikliklər edilməlidir"

“Qarabağ məsələsi tam həllini tapdıqdan, Xankəndi ilə bağlı məsələlərdə də müəyyən məqamlar yekunlaşdırıldıqdan sonra dəyişikliklərin olması lazımdır, zəruridir. Məncə, referendum olmalı, Konstitusiyada müəyyən dəyişikliklər edilməlidir. Xüsusilə Azərbaycanın inzibati ərazi məsələsi, iqtisadi zonalar və başqa idarəetmə formaları, prezidentin səlahiyyətli nümayəndəsi və başqa məsələlərin qanunvericilikdə nəzərdə tutulması vacibdir. Bir sıra müddəalar dəyişilməlidir. Eyni zamanda bələdiyyələrin statusunun müəyyən dərəcədə artırılması istiqamətində addımlar atılmalıdır. Çox güman ki, referendum keçirilə bilər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib. 

Deputat bildirib ki, parlament seçkilərinin nə vaxt keçiriləcəyini söyləmək bir az çətindir: “Əgər bir zərurət olmasa, vaxtında keçirilə bilər. Bütövlükdə, seçkilərin keçirilməsindən daha vacib referendumda yerli özünüidarə ilə bağlı məsələlərin dəqiqləşdirilməsidir. Çox güman, bu məsələ ətrafında müəyyən qərar veriləcək ki, hansı idarəetmə formasına keçirilsin”. 

 

Aytəkin Qardaşova 

Tarix: 21 Sentyabr 2023, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin