BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bank BTB” işçilərini ixtisar etməyə başlayıb

“Bank BTB”nin 2023-cü ilin iyun ayının sonuna olan işçilərinin sayını məlum olub. 

 

“Yeni Sabah” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bu ilin iyun ayına bankın işçi sayı 262 nəfər təşkil edib. Başqa sözlə, bank bu ilin birinci rübü ilə müqayisədə 8 nəfər işçini ixtisar edib. Cari ilin mart ayında bankda çalışanların sayı 270 nəfər olub. 

 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Tarix: 21 Sentyabr 2023, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin