BURADA REKLAMINIZ OLA
BİLƏR

YAŞAT Fondunun rəhbərinin qaynının şəhid xəbəri yayılmışdı, sağ olduğu üzə çıxdı

Şəhid xəbəri yayılmış qaynım Baş leytenant Ağayev Rəsul Avtandil oğlu bir neçə saat öncə sağ salamat tapılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda R.Ağayevin təxliyəsi davam edir.

 

Jurnalist Emil Məmmədovun yaydığı məlumatda qeyd olunub ki, antiterror əməliyyatı zamanı şəhid xəbəri yayılan XTQ-nin 28 yaşlı zabiti  baş leytenant Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən indilərdə tapılıb. Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapmayıblar... Yaralı Rəsul sürünərək yerini dəyişibmiş.

 

Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə atası, YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun qaynıdır.

Tarix: 21 Sentyabr 2023, 21:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin