BURADA REKLAMINIZ OLA
BİLƏR

İcarədar kafedə müştərilərin başına bakalla vurdu - CƏZA

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Layiq Zülfüqarovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


 
Ağdam Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən “Məkan” kafedə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Layiq Zülfüqarov icarə əsasında işlətdiyi həmin kafedə müştəri qismində olan zərərçəkmişlər - Saleh Qasımovla Məmməd Səmədovun (hər ikisinin ad, soyadı şərti) əyləşdiyi masaya yaxınlaşıb. O, heç bir əsaslı səbəb olmadan, yəni yüksək səslə danışaraq kafedə olan digər müştəriləri narahat etmələrini bəhanə edərək masanın üzərindəki boş pivə bakalını götürüb, əvvəlcə Salehin, daha sonra isə Məmmədin qəsdən baş nahiyyələrinə vurub. Hadisədən sonra Layiq Zülfüqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 22 Sentyabr 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin