BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyada keçidində ona baxana irad bildirdi, döyüldü, əlini bıçağa atdı - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanımadığı şəxsi bıçaqlamaqda təqsirləndirilən Alı Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum məhrum edilib.


 
İttihama görə, hadisə 26 yanvar 2023-cü il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 ünvanında yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Alı Məmmədov həmin ərazidə piyada hərəkətdə olan zaman orada dayanan, əvvəllər tanımadığı zərərçəkmiş Zakir Əmənovun (şərti) ona baxmasına irad bildirib. Mübahisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi yerə yıxıb döyərək sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib. Bu zaman Alı əsəbləşərək qisas almaq məqsədilə üzərində olan ov bıçağı ilə onun bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vurub. Nəticədə o, Zakirin sağlamlığına qəsdən ağır zərər yetirib.

 

Kamal Məmmədov

Tarix: 22 Sentyabr 2023, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin