BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünə iynə vuraraq şoka düşən gənc həkimin ölümü barədə təfərrüat - FOTO

Bakıda özünə antibiotik vuraraq şoka düşən 1996-cı il təvəllüdlü həkim Əlizadə Qəmbər Dilavər oğlunun ölümü ilə bağlı təfərrüat məlum olub.

 

Neftçaladan olan həkimin tanışlarının Pravda.az-a verdikləri məlumata görə, əlindəki kiçik yara iltihablaşdığı üçün həkim Q.Əlizadə özünə "Seftriakson" antibiotiki vurmaq istəyib. 

Q.Əlizadənin atası da həkim olduğu üçün əvvəlcə atasına zəng edib. 

 

Atası antibiotikin reaksiya verə biləcəyi ehtimalına görə oğluna antibiotik vurmamağı məsləhət görüb. 

 

Q.Əlizadə atasının məsləhətini dinləməyib, lakin əks təsir ehtimalını da nəzərə alaraq ehtiyat üçün stolun üstünə "Adrenalin" ampulası da qoyub. Təəssüf ki, "Seftriakson" dərhal reaksiya verdiyi üçün həkim imkan tapıb "Adrenalin" iynəsini vura bilməyib, vəziyyəti pisləşib. 

 

Yaxın dostuna zəng edib, lakin telefonda səsi kəsilib. Kömək çatana qədər artıq gec olub, həkim həyatını itirib. 

 

Q.Əlizadəni çox savadlı, mədəni, alicənab gənc kimi tanıyan yaxınları bildiriblər ki, o, evin tək övladı olub, valideynləri də həkimdir. O, Almaniyaya çalışmaq üçün getməyi planlaşdırırmış, 3-4 gün sonra alman dilindən imtahan verəcəkmiş. 

 

Allah rəhmət eləsin! 

 

Aytəkin

Tarix: 22 Sentyabr 2023, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin