BURADA REKLAMINIZ OLA
BİLƏR

Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA

Bildiyimiz kimi, nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir. Müayinə mərkəzləri həftənin şənbə-bazar, bayram günləri, bir sözlə, 365 gün 24 saat fəaliyyət göstərirlər. 

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. 

DYP sürücülərə müraciət etdi Pravda.az

O, texniki baxış üçün paytaxtdakı müayinə mərkəzlərinin ünvanını da xatırladıb: “Bakı şəhərində iki ərazidə yerləşir. Ünvanlar Sabunçu rayonu, Zabrat-Maştağa şossesi və Qaradağ rayonu, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoludur”. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Sentyabr 2023, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin