BURADA REKLAMINIZ OLA
BİLƏR

"Akabe"ni cərimə gözləyir

"Akabe" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə,  Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur. Daha çox “Akabe İnşaat” kimi tanınan şirkət Avropa və Asiya brendlərinin Azərbaycandakı rəsmi distribütorudur.

 

Xəyal Quliyev

Tarix: 22 Sentyabr 2023, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin