BURADA REKLAMINIZ OLA
BİLƏR

Repetitorlarla bağlı QƏRAR

Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

 

Qaydalarda deyilir:

 

• Onlayn tədris prosesinə üstünlük verilməlidir;

 

• Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;

 

• Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

 

• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

 

• Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

 

• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

 

• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.

 

 

Tarix: 2 May 2020, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin