BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəriqaz”ın azad edilmiş ərazidə bina tikən şirkətə qarşı iddiası ilə bağlı QƏRAR

Bakı Kommersiya Məhkəməsində Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) "T.T.Ş İnşaat” MMC-yə qarşı iddiasına baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, iddia təmin edilib.

 
Qeyd: "Azəriqaz” İB "T.T.Ş İnşaat” MMC-ni məhkəməyə verərək istehlak edilmiş təbii qazın haqqının ödənilməsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Mətbuatda yayılan məlumata görə, "T.T.Ş İnşaat” MMC işğaldan azad edilmiş Füzulidə yaşayış binaları tikir.

 

Kamal Məmmədov

Tarix: 25 Sentyabr 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin