BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısına görə yeznəsi və onun qardaşını bıçaqlayan şəxs hökmdən narazıdır

Sumqayıtda qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 28-nə təyin edilib. Şikayət hakim Rəşadət Ağayevin sədrliyi ilə araşdırılacaq.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevə və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə də Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 25 Sentyabr 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin