BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən fabrikə protokol yazdı

"Bakı Qida və Yağ Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

 

Qeyd: MMC "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərir.

 

Xəyal Quliyev

Tarix: 26 Sentyabr 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin