BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yük Taksisi.Az” məhkəmə iddiasından imtina etdi

Bakı Kommersiya Məhkəməsində “Yük Taksisi.Az” MMC-nin (166 xidməti) "RD Smart" MMC-yə qarşı iddiasına baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Bildirilib ki, iddiadan imtina edilib, icraata xitam verilib və bu, məhkəmə tərəfindən qəbul olunub.

 

Qeyd: 166 xidməti daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

  
Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudur.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin