BURADA REKLAMINIZ OLA
BİLƏR

Çayxanada qanlı cinayət törədən şəxsin ibtidai istintaqı yekunlaşdı

Saatlıda çayxanada həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Baloğlan Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Neymət Məmmədovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

 

Qeyd: Hadisə Saatlı rayonunun Əlisoltanlı kəndində qeydə alınıb. Məlumata görə, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin