BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazarda həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Masallıda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Cavid Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: Masallı rayon sakini Qurbanov Cavid Möhübbət oğlu “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlunu şəxsi münasibətlər zəminində bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanılıb və Cavid Qurbanov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin