BURADA REKLAMINIZ OLA
BİLƏR

Gecə klubunun keçmiş mühafizəçisini bıçaqlayan şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağrı zərər vurma və xuliqanlıqda təqsirləndirilən Həsən Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Həsən Quliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə isə bəraət verilib.

 

İttihama görə, hadisə 05 oktyabr 2022-ci il tarixdə, saat 00:05 radələrində paytaxt ərazisində yerləşən “Metroklub” adlı gecə klubunun yaxınlığında qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Həsən Quliyev tanışı, zərərçəkmiş Vahid Nəsibovla (şərti) əvvəlcədən aralarında olan mübahisənin səbəbini aydınlaşdıran zaman zərərçəkmiş şəxs ona yumruq zərbəsi endirib. Baş vermiş dava-dalaş nəticəsində o, bıçaqla qəsdən zərərçəkmişin bədən nahiyəsindən bir dəfə vuraraq sağlamlığa ağır zərər vurub.

 

Qeyd: Həsən Quliyev əvvəllər “Metroklub”, Vahid Nəsibov isə “Local” gecə klublarında mühafizəçi işləyiblər.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin