BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşın 20 minini ələ keçirməkdə təqsirləndirilən şəxs bəraət aldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən İsgəndər Məhərrəmovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, həm protest, həm də şikayət təmin edilməyib. 

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttiham aktına əsasən, İsgəndər Məhərrəmov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı, zərərçəkmişə əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan vəd verib. Belə ki, zərərçəkmiş yeni inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi üçün ona müraciət edib. İsgəndər bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan A.A.-ya mənzil alınmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaradıb və 2021-ci illərdə paytaxtın Yasamal rayonu ərazisində zərərçəkmişdən ümumilikdə 20 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin