BURADA REKLAMINIZ OLA
BİLƏR

"Crown Lift Service” şirkətini bu dəfə "Paşa Bank" məhkəməyə verdi

Bakı Kommersiya Məhkəməsində "Paşa Bank" ASC-nin "Crown Lift Service” MMC-yə qarşı məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

 
Qeyd: "Paşa Bank" ASC "Crown Lift Service” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Daha əvvəl "Crown Lift Service” MMC-ni "Expressbank" ASC eyni iddia ilə məhkəməyə vermişdi. Hazırda iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın sədrliyi ilə araşdırılır.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin