BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi onu söyən qonşusunu bıçaqladı - CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən İsa Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum məhrum edilib.

 
İttihama görə, hadisə 23 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Zavod küçəsində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsa Əkbərov sərxoş vəziyyətdə evinin yaxınlığında qonşusu, zərərçəkmiş Qabil Qulizadə ilə mübahisə edib. Mübahisəyə səbəb isə olaydan bir qədər əvvəl zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edərək vurması və arxası ilə danışması olub. Nəticədə İsa evdən götürdüyü mətbəx bıçağı ilə qəsdən iki dəfə Qabilin bədən nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin