BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini bıçaqlayan şəxs məhkəmə qarşısında

Göygöldə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Ayxan Nağızadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 9-na təyin edilib.

 

Qeyd: Göygöl rayonunun Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya “qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası” ilə müşayiət edilən xəsarət yetirib. Faktla bağlı Göygöl rayon polis şöbəsinin istintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 26 Sentyabr 2023, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin