BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaraçuxurda piyada səkisi zəbt edildi

Bakının Surxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qubanov küçəsindəki piyada səkisi zəbt edilərək  avtomobil dayanacağı salınıb.

 

Bu barədə Pravda.az-a daxil olan şikayətdə bildirilib ki, sözügdən piyada səkisi Qaraçuxur bələdiyyəsinin yaxınlığında yerləşir. 

 

Qeyd olunub ki, bu, Qaraçuxur ərazisində piyada səkilərinin zəbt edilməsi ilə bağlı birinci hal deyil. 

 

Sözügedən ərazidə piyadalar üçün zolaq olmasına baxmayaraq, həmin hissəyə də dayancaq işarəsi qoyulub. 

 

Aytəkin Qardaşova 

Tarix: 26 Sentyabr 2023, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin