BURADA REKLAMINIZ OLA
BİLƏR

Əqli Mülkiyyət Agentliyi məhkəməyə verildi

"Azcosmetics" MMC Əqli Mülkiyyət Agentliyini məhkəməyə verib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı İnzibati Məhkəməsinə müraciət edib.

 

Belə ki, “Azcosmetics" şirkəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələbi irəli sürüb. İş hakim Tural Məlikovun icraatına verilib. 

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 27 Sentyabr 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin