BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 178 minlik dələduzluq edən “sahibkar”la bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən B.Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

İttihama görə, 1985-ci il təvəllüdlü B.Əsgərov özgənin əmlakını ələ keçirmə məqsədi ilə başqası ilə əvvəlcədən razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil edib. Belə ki, o, cinayətkar plana uyğun olaraq çalışdığı “Binə” ticarət mərkəzindən tanıdığı zərərçəkmiş S.Piriyevi Bakı şəhəri, Nəsimi rayonu ərazisində 162 kv.metr ərazidə yerləşən mağazanın, eləcə də “İnwool” mağazalar şəbəkəsinin sahibi olduğuna inandırıb. Daha sonra B.Əsgərov həmin mağazanı və mağazada quracağı biznesini zərərçəkmişə 105 000 ABŞ dolları pul müqabilində satacağına yalandan vəd verərək aldadıb. Təqsirləndirilən şəxs S.Piriyevdən 2020-ci ilin avqust-sentyabr aylarında ümumilikdə həmin dövrdə manatın dollar qarşısındakı məzənnəsi görə 178 500 manat təşkil edən 105 000 ABŞ dolları məbləğində pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. B.Əsgərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 27 Sentyabr 2023, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin