BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadı evdən gedən kişi anasını döydü - CƏZA

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səfər Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə bu il Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Səfər Səfərov həyat yoldaşının evdən getməsinə valideynlərinin səbəb olmasını bəhanə edib, sərxoş vəziyyətdə atası ilə mübahisə edib. O, atasının üstünə hücum edərkən, anası, zərərçəkmiş Səmayə Səfərova (şərti) oğlunun bu zorakı hərəkətlərinin qarşısını almaq istəyib. Bu zaman Səfər anasının sol qolundan tutub buraraq, əlindəki mobil telefonunun nazik hissəsi ilə həmin qoluna bir dəfə vurub. Nəticədə qadına sol dirsək sümüyünün qapalı yerdəyişən sınğı ilə müşayiət olunan diaqnozu qoyulub. Hadisədən sonra Səmayə Səfərova polisə müraciət edib və oğlu saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 27 Sentyabr 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin