BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA Qurbana görə “Qarabağ”ı 1000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 


İclasda Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" - "Qarabağ" oyununda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib.

 

Sözügedən görüşün 89-cu dəqiqəsində Qurban Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib. 

 

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. 

Tarix: 27 Sentyabr 2023, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin