BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Musayev: "Medianın ünvanladığı rutin suallara dövlət qurumlarının mətbuat xidmətləri cavab verməlidirlər"

"Medianın ünvanladığı rutin suallara dövlət qurumlarının mətbuat xidmətləri cavab verməlidirlər".

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlimdə deyib.

 

C.Musayevin sözlərinə görə, böhran baş verəndə dövlət qurumları dərhal bir araya gəlir: "Medianı düzgün istiqamətləndirmək üçün dövlət qurumlarının bir hadisə barəsində verdikləri məlumatlar üst-üstə düşməlidir. Əvvəllər bunun əksini görürdük. Dövlət qurumları mütləq çalışmalıdır ki, vətəndaş səhər yuxudan oyananda baş vermiş hadisənin təfsilatlarını sosial mediadan oxuya bilsin".

 

Aytəkin Qardaşova

Tarix: 27 Sentyabr 2023, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin