BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə ofisiantı daşla vuran şəxsə bəraət verildi

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Orxan Əsədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə protesti təmin etməyib. İttihama görə, hadisə 03 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Tunar” adlı kafenin qarşısında qeydə alınıb. Belə ki, Orxan Əsədov küçədə sərxoş vəziyyətdə olarkən kafenin ofisiantı, zərərçəkmiş Sakit Bayramova (şərti) özü üçün pivə almasını xahiş edib. Zərərçəkmiş isə pulunun olmadığını, pivə almayacağını bildirib. Buna görə də o, ofisiantla mübahisə edib, sonra yerdən götürdüyü daş parçasını qəsdən zərərçəkmiş şəxsin üstünə atıb. Nəticədə təqsirləndirilən şəxs Sakitə bədən xəsarətləri yetirməklə xuliqanlıq edib.

 

Kamal Məmmədov

Tarix: 28 Sentyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin