“Azərbaycan 1990-cı illər müstəqilliyini elan edərkən ərazisinin işğalı və suverenliyinə basqı şəraitində bu addımları atmışdı. 100 il əvvəl məcburən həm ərazi, həm də muxtar vilayət kimi müxtəlif adlar altında Azərbaycanın siyasi idarəetmə sisteminin mayasına qoyulmuş “nüvə silahı” hər zaman daxildə separatizmə meydan açmaqla yanaşı, milli mənafelərimizi təhdid edirdi. Bu fonda Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəinki Ermənistanın Qarabağdakı hərbi qüvvələrini tərksilah olmaq qarşısında qoydu, eləcə də Ermənistanın özünün siyasi iddialarını, dünya erməniçiliyinin Azərbaycana qarşı uzun on illər, yüz ildən artıq həyata keçirdiyi basqıya, təcavüzkarlığa, konfrantasiyaya, düşmənçiliyə, təhdid siyasətinə zərbə vurmuş oldu. Azərbaycan insanlarının ən çox iki sual səsləndirdiyini görürük. Birincisi, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxması ilə yanaşı, “müstəqil dövlət”, “1991-ci ilin avqustun 30-da Azərbaycan bəyannaməsini elan edib, biz də sentyabrın 2-də müstəqilliyə qovuşmuşuq” kimi bədnam bir formul irəli sürən, Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzkarlığı özündə daşıyan siyasi hibridin taleyi necə olacaq? İkincisi, ölkəmiz, xalqımız əleyhinə qəddarlıq, qətllər, vandalizm həyata keçirmiş şəxslərin haqqında nə tədbilər görüləcək?”
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

“Vardanyanın ardınca Vitali Balasanyanla bağlı xəbərlər yayıldı. Yəqin ki, rəsmi açıqlamaya ehtiyac olacaq. İndi isə özünü uzun illər qondarma qurumun “xarici işlər naziri” kimi aparan David Babayanın təslim olması onun Azərbaycan qanunlarına, Konstitusiyasına tabeçilik göstərməsi kimi dəyərləndirilə bilər. Hərçənd erməni “Telegram” kanallarında yayılan sənədin “mötəbərliyi”nə son dərəcə ehtiyatlı yanaşmaq lazımdır. Çünki oradakı “yanvar” termini, “Dağlıq Qarabağ” məfhumu, “təhlükəsizlik” cümlələri bir qədər azdırıcı və bizim informasiya məkanına təxribatçı əməliyyat kimi görünə bilər. Əlbəttə ki, bununla bağlı dövlətimizin tədbirləri var”, - komitə sədri bildirib.
Zahid Oruc deyib ki, Xankəndi və Xocavənddən gedən kütləvi erməni köçü bu gün Azərbaycanın onları “etnik təmizlənmə”yə məruz qoyması nəticəsində deyil: “Hərçənd qlobal məkanda bunu təşviq edən müxtəlif tezislər tirajlanır, şəbəkəli halda əleyhimizə yönləndirilir. Laçın keçid məntəqəsində yüzlərlə erməninin sadə şəkildə öz maşını, nəqliyyat vasitələri, hətta təsərrüfat malları ilə getmələri fonunda söylədikləri ifadə belədir: “bizə yerli rəhbərlik “gedin” dedi...” Samvel Babayanın söylədiyinə görə, Şahramanyan və digərləri zamanında Köçəryan və Sarkisyan hakimiyyətinin uzantıları olublar. Bunlar Ermənistanda Nikol Paşinyan əleyhinə dövran kütləsi yaradıb meydana getmək və xalqın etirazını təşkil edərək hazırkı hakimiyyətdə Baş naziri devirmək planını çəkib, gedirlər. Bir - bu, önəmlidir, çünki daxili siyasi mübarizənin tərəfidirlər. İki - Qarabağda özünü uzun illər hakimiyyət orqanı kimi aparan şəxslər çox yaxşı başa düşürlər ki, əhaliyə böyük zərbə vurublar, öz millətlərinə böyük pislik ediblər. Bu fonda köhnə illərin cinayətlərinin silinməsi üçün sənədlərin yandırılması... Erməniləri köçə vadar edirlər ki, Azərbaycanı bu anda da təhdid qarşısında qoysunlar. Dövlətimizin bu yöndə çox mühüm tədbirlərini bilirsiniz - xəstəxanalarda müalicə məsələlərindən tutmuş, yanacaq, ərzaq, qida və digər yardımlar. Hesab edirik ki, 2020-ci ilin noyabrın 10-da ərazi bütövlüyünə qovuşmuşduqsa, 20 sentyabrda suverenliyimizin bütövlüyünə qovuşmuş olduq. Bu, öz-özlüyündə təkcə separatçı bir vahidin ortadan qalxması hadisəsi deyil. Eyni zamanda regional, beynəlxalq məkanda fərqli geosiyasət yaradan, Qafqazın taleyini xilas edən, gələcək sülh gündəliyində əsas aparıcı mövqe tutan Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycanın bundan sonrakı dövrdə beynəlxalq sülhün, təhlükəsizliyin qorunması üçün yeni bir səhifəsinin açılması deməkdir. Bütün bunlar 27 sentyabr - bizim üçün müqəddəs savaşın başlandığı günlə üst-üstə düşür. Qətiyyən təsadüf deyil. Həm İlahi, həm də siyasi-hərbi, mənəvi zərurətlər hamısı Azərbaycanın xeyrinə işləyir”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin