BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonlarda icazə sistemi ləğv edilir - QƏRAR

Bəzi şəhər və rayonlarda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Rəsmi qərarda qeyd olunur ki, SMS icazəsi və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən ləğv ediləcək.

Tarix: 3 May 2020, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin