BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə şirkətin 423 min dollarını mənimsəyən qadınla bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fabriçnaya 11 il müddətinə azadlıqdan məhrum edilib.

 
Qeyd: 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. İttiham aktına görə, zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub. O, seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. N.Fabriçnaya isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib. Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2023, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin