BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nazirlikdə auditor işinə düzəldəcəm” deyib 10 min aldı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluq təqsirləndirilən Əkbər Əkbərovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 6000 manat məbləğində cərimə cəzasına məhkum edilib. İttihama görə, Əkbər Əkbərov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq edib Belə ki, o, zərərçəkmiş Sahli Qafarovu (şərti) Kənd Təsərrüfatı Nazirliyində auditor işinə düzəldəcəyinə dair yalandan vəd verərək aldadıb. Əkbər bu yolla ondan 2020-ci ilin avqust ayında 2021-ci ilin dekabr ayınadək ümumilikdə 10 000 manat məbləğində nağd pulu dələduzluq yolu ilə ələ keçirib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ititiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2023, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin