BURADA REKLAMINIZ OLA
BİLƏR

Evli kişi ondan ayrılmaq istəyən sevgilisinin döyərək xəstəxanalıq etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamiq Ələkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 30 iyul 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Zamiq Ələkbərov qeyri-rəsmi ər-arvad münasibətlərində birgə yaşadığı zərərçəkmiş Sara Məmmədova İLƏ (şərti) mübahisə edib. Buna səbəb qadının ona artıq münasibətlərinə son qoyub ayrı yaşamaq istəməsi ilə bağlı fikirlər bildirməsi olub. Bu zaman Zamiq Saranın üzərinə hücum edərək qəsdən onun sifət, baş və bədən nahiyələrindən yumruq, əl, ayaq zərbələri ilə vurub. Nəticədə o, qadının sağlamlığına qəsdən yüngül zərər yetirib.

 

Qeyd: Zamiq Ələkbərov məhkəmədə ifadəsində bildirib ki, evlidir, həyat yoldaşı və uşaqları rayonların birində yaşayır, özü arada gedərək onlara baş çəkir. Sara Məmmədova isə məhkəmədə dindirilərkən deyib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2023, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin