BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid olan polis bu deputatın qohumu imiş

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədr Tahir Kərimlinin qohumu şəhid olub.

 

Bu barədə Pravda.az-a partiyadan bildirilib.

"Şamaxı rayonun Qaleybuğurd kəndinən olan şəhid polis Abdullayev Seyfi Fəğan oğlu deputat Tahir Kərimlinin bibisi nəvəsidir. Xatırladaq ki,Tahir bəyin bacısı oğlu Şahin Seyidli və xalası oğlu Mustafa Sadıqov (yaralanandan sonra) da Qarabağ uğrunda döyüşlərdə, babasının qardaşı Əliqulu Dursunəliyev 1918-ci ildə Bakının xilas edilməsi zamanı Qafqaz - İslam ordusunun tərkibində, əmisi Məmmədağa Kərimov faşizmə qarşı mübarizədə şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - qeyd olunub.

Tarix: 29 Sentyabr 2023, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin