BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta qızılı xalis qızıldan necə fərqləndirək? - ARAŞDIRMA

Saxta qızıl məhsullarının satılması barədə məlumatlar gündən-günə artır. Alıcılar saxta qızılla xalis qızılı ayırd etməkdə çətinlik çəkirlər. Bildiyimiz kimi, ölkədə qızıl bazarına nəzarət edən Dövlət Əyar Palatası 5 il əvvəl ləğv olunub. Əvvəllər ekspertlər alıcılara məsləhət görürdülər ki, saxta qızılı əsl qızıldan ayırmaq üçün üzərində mütləq Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının probunun olub-olmadığına diqqət etməlidirlər. Çünki mallar Azərbaycana idxal olunarkən mütləq Əyar Palatasından keçməli idi. Qızıl malları Palatada dəqiqliklə yoxlanıldıqdan sonra üzərinə xüsusi problar vurulurdu. Məsələn, 750 əyar qızıl 749 qram çıxırdısa, Palata mala heç vaxt əyar vurmurdu. Əgər malın üstündə Azərbaycan Respublikasına məxsus əyar var idisə, alıcı bu malı rahatlıqla ala bilərdi. Təcrübə göstərir ki, alıcı heç vaxt özbaşına qızılın əyarını müəyyən edə bilmir. Bu səbəbdən alıcıların ekpsertlərə müraciət etmələri məsləhət görülür.

 

Pravda.az-ın araşdırmaları nəticəsində məlum olub ki, Mendeleyev cədvəli ilə götürəndə qızıla kütləsinə görə ən uyğun gələn qatqı premium qurğuşundur. Lakin premium rənginə görə qızıla uyğun gəlmir. Bu səbəbdən qızılın çəkisini artırmaq məqsədilə tərkibinə ya gümüş, ya da mis qatırlar. Buna baxmayaraq, gümüş və mis də ayrı-ayrılıqda qızılın rəngini dəyişir. 

 

Əsl peşəkar zərgərlər gözlə, hətta əllə yoxlayıb, qızılın ağırlığından onun saxta olub-olmadığını təyin edə bilirlər. Yerə düşərkən qızıldan çıxan xüsusi səs də zərgərlərə bunu bilməkdə kömək edir. Ta qədim dövrlərdə qızılın xalisliyini dişlə yoxlayıblar. Lakin gigiyenik olmadığı üçün bu metoddan hazırda o qədər də istifadə etmirlər. Müasir elektron aparatlar köməyə çatır ki, bu aparatlar kimyəvi proseslə 30 dəqiqəyə-1 saata testin nəticəsini müəyyən edir... 

 

İqtisadçı-ekspert Eyyub Kərimli Pravda.az-a açıqlamasında məsləhət görüb ki, hər kəs qızıl alarkən onun saxta olub-olmadığına diqqət etməlidir: 

Eyyub Kərimli: “Sülhməramlılara çay da təklif edirik, imtina edirlər, elə  bil daşdandırlar, lal, kar eləcə orada durublar” Pravda.az

“Həmçinin satıcılar da satdıqları qızıl məmulatlarının keyfiyyətinə zəmanət verməlidirlər. Bununla bağlı dövlət nəzarəti həyata keçirilir. Belə halla qarşılaşan alıcılar, sözsüz ki, aidiyyatı üzrə dövlət orqanlarına müraciət edə bilərlər”. 

 

E.Kərimli qızıla vəsait yatırmağın sərfəli olmadığını düşünənlərə qızılın növbəti illərdə bahalaşacağını xəbər verib: “Hazırda dünya bazarlarında, birjalarında qızılın qiymətində artım müşahidə edirik. Bəzi hallarda valyutaların məzənnəsinin qeyri-sabit olduğu dövrdə qızıl investisiya üçün sabit alət olduğundan investorlar daha çox diqqətlərini qızıl alışına yönəldirlər. Gələcək illər üçün qızılın qiymətində artım müşahidə edəcəyik, çünki dünyada inflyasiya hələ də davam edir. Qızıl sabit investisiya aləti olduğundan hazırda qızıla maraq çoxalıb. Digər valyutalarda volatillik müşahidə edildikcə qızıl daha sabit olduğundan insanlar da daha çox qızıla üz tuturlar. Bu da qızılın bahalaşmasına səbəb olur. İnsanlar vəsaitlərini qızıla yatıra bilərlər, çünki növbəti illərdə bahalaşma müşahidə edəcəyik. Bu da onların vəsaitlərinin dəyərsizləşməsinin qarşısını ala bilər”. 

 

Saxta qızılla xalis qızılı ayırd etmək barədə qızıl satıcılarının təcrübəsi də çox köməyə çatır. Moskva Univermağında apardığımız müşahidələrdən belə nəticəyə gəldik ki, alıcılar daha çox rus qızılına üstünlük verirlər. Türk qızılına isə maraq daha azdır.  

 

Moskva Univermağında qızıl satışı ilə məşğul olan Rəqsanə xanım bunun səbəbini belə izah etdi:

Bakıda "Moskva" univermağı yandı, xeyli qızıl əridi - YENİLƏNİB - VİDEO -  FOTO

“Rus qızılına üstünlük verənlər daha çox yaşlı nəslin nümayəndələridir, çünki o vaxtlar qızıl təmirini hər adam bacarmırdı. Rus qızılının tərkibində dəmir o qədər çox idi ki, qaynaq aparatı dəmiri necə götürürsə, rus qızılını da qaynaq edib düzəldirdilər. Türk qızılına və digər qızıllarına bunu etməyi bacarmırdılar deyə, zərgərlər adını qoymuşdular ki, “türk qızılı pisdir, keyfiyyətsizdir”. Halbuki düzəltməyi bacarmırdılar. İndi isə lazer aparatlar mövcuddur. Bu aparatlarla əvvəllər bacara bilmədikləri ən çətin təmir işlərini bacarırlar. Türkiyə dünya səviyyəsində sözünü deyən ölkələrdən biridir. Türk qızılı həm qiymət baxımından, həm də keyfiyyət, model baxımından ən çox satılan qızıldır. İçi boş yeni modellər var, türk, yaxud italyan qızılı olmasının fərqi yoxdur. Bu modellər xaricdə xüsusi aparatla istehsal edilir. Əvvəllər onları təmir etmək çətin idisə, indi mümkündür. Bu modellərin təmirinin qiyməti adi təmirlə müqayisədə bahadır. Lazer qaynağını adi qızıla 5 manata edirlərsə, əzilmiş, içi boş modellərin təmiri 30 manatdan 100 manata qədərdir. Həmişə bizə müştərilər rus qızılının daha keyfiyyətli olduğunu deyəndə açıqlama veririk ki, rus qızılı dəmir kimidir, harasa vursan, qolun əzilər, qızıl əzilməz. Halbuki qızıl əlvan, yumşaq metaldır. Mum kimidir. Bu səbəbdəndir, diş üçün istifadə edəndə tərkibinə bir az metal qatırlar ki, bərkisin. Qızıl əşyaları da bu cür düzəldirlər”. 

 

Rəqsanə xanım deyib ki, türk qızılı rus qızılı ilə eyni əyara malikdir: “583 əyar rus qızılına deyiriksə, 585 türk qızılındadır. Sadəcə, türk qızılına mis qatılmır, gümüş qatıldığı üçün rəngini qoruyub-saxlayır. Rus qızılına isə mis qatıldığı üçün rəngi qızarır. İtaliya qızılı isə bahalı qızıldır. Çünki 750%-ni qızıl təşkil edir, yerdə qalan 250% gümüşdür. Ən yüksək əyar ərəb qızılıdır, 916 əyar gedir. Cəmi 84% qatqısı olur, qalan hissəsini qızıl təşkil edir. Ən bahalı qızıl ərəb qızılı sayılırsa da, ərəb qızılına istifadədə ən keyfiyyətsiz qızıl deyirik. Çünki yumşaqdır, təmiz qızıla yaxın olduğu üçün tez əzilir”. 

Saxta qızılı necə müəyyən etmək olar?

Rəqsanə xanımın sözlərinə görə, hazırda Azərbaycan qızıl bazarında da qiymətlər artıb: “Ən normal satış 85 manatdan 92 manata kimidir. Qiymət çəkidən asılıdır. Az çəkiyə malik qızılın qramını 90 manatdan vururuq. Hətta 1 qramdan az olsa, 100 manata vururuq. Çəki qalxdıqca müştəri ilə qızılın qiymətində razılığa gəlmək olur”. 

 

Satıcı onu da qeyd edib ki, saxta qızılı müəyyən etmək üçün zərgərlər yağlar alırlar: “Qızılın müəyyən hissələrini xüsusi daşa sürtdükdən sonra həmin yağı daşın üstünə vururuq. Bu zaman qızılın daşa çəkilmiş xətti ilə yağ reaksiyaya girir. Qızılın rəngi itirsə, deməli, saxtadır, əyarı aşağıdır. Reaksiyaya girərkən heç bir dəyişiklik olmursa, deməli, qızıl xalisdir”. 

 

Qızıl əşyalarının üzərindəki daşların da çox vaxt saxta olmasından şikayətlənən alıcılar az deyil. Rəqsanə xanım isə dedi ki, daşlar xaricdə istehsal olunur: “Bu daşlar almazdan hazırlanır. Almaz torpaqdan çıxarılır. O qədər cilallayıb təmizləyirlər, yonurlar ki, daş əriyir. Yaxşı daşları da, tərkibində kömür, duz olan daşları da ayrı qoyurlar. Təbii ki, bu da qiymətə görədir. Bəzən müştəri ucuz brilliant axtarır. Qiyməti ucuz olan, əlbəttə ki, ucuz daşdan hazırlanır. Qızılın qiyməti hamıda standart olur. Bəzən bir modelin qiyməti 3 mindirsə, eyni modelin qiyməti başqa yerdə 4 mindir. Min manat fərq varsa, deməli, keyfiyyət məsələsindən söhbət gedir. 1 karatı 200 manat, hətta 1000 manat olan daşlar var. Qızılların daşlarındakı qiymət də buna görə müəyyənləşir. Biri deyir ki, 3500 AZN-ə almışam, amma başqa satıcı eyni modeli 5 mindən aşağı vermədi. Bu, o demək deyil ki, satıcı üzərinə 1500 manat qoyub bahalaşdırıb. Sadəcə, qiymət daşın tərkibinə görədir. Eyni zamanda daşların ölçüsünə görə də qiymətlər dəyişir. İri daşın qiyməti bahadır. “Səpmə daş”, yəni gözlə görünməyən kiçik daşlar ucuz olur. Birilliantların qiyməti bu cür təyin edilir. Müştəri aldığı malı hansısa zərgərə aparıb qiymət qoydurmaq istəyəndə, yaxud yoxlatdıranda zərgər deyir ki, qaşın keyfiyyəti aşağıdır. Müştəri fikirləşmir ki, özü ucuz qiymətə alıbsa, deməli, qiymət aşağı olmalıdır. Hətta zərgərlərin çoxunda belə bir xüsusiyyət var, müştəridən malı ucuz almağa çalışırlar. Qızılı pisləyə bilmirlər, çünki yağla yoxlanılır. Amma daşı pisləyirlər ki, çox ucuz alsınlar. Gərək, alıcı daş alarkən satıcı ilə şərt kəssin ki, alandan sonra daşı yoxlatdıracaq”. 

 

Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev isə saytımıza açıqlamasında deyib ki, saxta qızıl satışı ilə bağlı yayılan xəbərlərin çoxluğundan məlumatlıdırlar:

Əyarı aşağı salırlar ki, zərgərlik məmulatlarının qiyməti də aşağı düşsün"  | marja.az

“Saxta qızılların, saxta zərgərlik məmulatlarının satışda olmasını istisna edə bilmərik. Belə bir hal mövcud ola bilər. Həm istehlakçılara, həm də sahibkarlara dəqiq, faydalı olması üçün saxta qızıl satışı ilə bağlı geniş formada məlumat yayılsa, daha uyğun olar. Hansı ticarət mərkəzində, satış nöqtəsində belə bir halla rastlaşıblar? Satıcı və ya alıcı kim olub? Detallı məlumatlar daha faydalı olar. Ümumi şəkildə xəbər yayılır ki, bazarda saxta qızılın satışı çoxalıb. Nəzərə alsaq ki, zərgərlik sahəsində 5 minə yaxın şirkət və fərdi sahibkar fəaliyyət göstərir. İllərdir, dürüst olaraq işləyən sahibkarlar da var. Belə xəbərlərlə onların da işinə xələl gələ bilər. Bütün bunları nəzərə almaq lazımdır. İllər öncə Azərbaycanda Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti var idi. Əvvəlki adı Əyar Palatası idi. Həmin qurum bir neçə ildir, artıq fəaliyyət göstərmir. Son iki ildə bir neçə dəfə müvafiq dövlət qurumlarına müraciət etmişik ki, həm sahibkarların maraqlarını, həm də istehlakçıların hüquqlarını qorumaq üçün belə bir qurumun, yaxud onun funksiyalarını icra edəcək hər hansı idarənin yaradılmasına zərurət var. Bu, daha məqsədəuyğundur. Bizdə olan məlumata görə, belə bir qurumun yaradılması istiqamətində işlər görülür. Düşünürəm, qısa zamanda bu barədə məlumat alacağıq, ictimaiyyətə də məlumat veriləcək”. 

 

T.Abbasquliyev qızılın əyarının və daşın xüsusiyyətlərinin necə aşkar edilməsi məsələsinə də toxunub: “Bunu istehlakçı müəyyən edə bilməz. Çünki xüsusi avadanlıqlar, alətlər lazımdır. Buna görə də belə bir laboratoriyanın, yaxud Əyar palatasının funskiyasını icra edəcək qurumun olması vacibdir. Azərbaycan Zərgərlər Assosiasiyası olaraq alıcılara tövsiyə edirik ki, aldıqları zərgərlik məmulatı üzrə kassa qəbzi, həmçinin məmulatın xüsusiyyətini əks etdirən sertifikatları tələb etsinlər. Hər şey istehlakçının özündən asılıdır. Sertifikatı tələb etmək lazımdır ki, gələcəkdə hər hansı sual, şübhə yaranarsa, istehlakçı öz hüquqlarını qoruya bilsin. Təbii ki, kütləvi şəkildə bunu demək düzgün olmaz, amma aldanma hallarına rast gəlinə bilər”. 

 

Ümumi araşdırmalardan belə nəticə çıxır ki, saxta qızıl adətən orijinalından fərqlənmir. Ancaq alıcılar xırda detalları bilsələr, aldanmazlar. Bu cür saxta məmulatlar sexlərdə hazırlanıb zavod məhsulu kimi alıcıya təqdim edilir. Peşəkarlar bildirirlər ki, saxta qızıl kölgədə qaralır, lakin günəşə çıxaranda rəngi saralır. Yodlu pambığı saxta qızıla sürtəndə də qarala bilir. Təmiz qızıl isə sirkə ilə reaksiyaya girmir. Belə ki, 5 dəqiqə qızılı sirkədə saxladıqda qaralırsa, deməli, o həmin qızıl saxtadır. Qızıl əşyaların daha çox tanınmış mağazalardan alınması tövsiyə edilir ki, bu, daha etibarlıdır... 

 

Aytəkin Qardaşova 

Tarix: 30 Sentyabr 2023, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin