BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür

Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib.

 

Pravda.az-ın məlumatına görə, üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də səhər saatlarında Xankəndiyə ezam olunub. Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

Tarix: 1 Oktyabr 2023, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin