BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürmək istəyən mədəniyyət evi işçisi kassasiya şikayəti verdi

Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq
 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 3-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda Şəmkir ərazisində qeydə alınıb.

 

Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızına bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb.
Belə ki, o, həyat yoldaşının “WhatsApp”da başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət əməlini törədib.

 

Xatırlatma: Elçin Əliyev mədəniyyət evində çalışıb.

 

Kamal Məmmədov

Tarix: 2 Oktyabr 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin