Son günlər sosial şəbəkələrdə ermənilərin "Tatik-babik", yəni "Baba və nənə" adlandırdıqları Xankəndinin girişindəki "Biz və dağlar" abidəsinin sökülməsi barədə çoxsaylı çağırışlar edilir. Bəziləri "Baba və nənə"nin yerində Ermənistana gözdağı olaraq "Dəmir Yumruq" abidəsinin ucaldılmasını təklif etsələr də, çoxları bu abidənin Azərbaycana aid olduğu iddiasını səsləndirir. Lakin hələ də "Baba və nənə"nin tarixi keçmişi haqda dəqiq nəsə deyən tapılmır. Bəzi mənbələrdə bildirilir ki, ideyanın əsas müəllifləri terrorçu Zori Balayan və yazıçı Baqrat Ulubabyan olub. Başqa mənbələrdə isə abidənin memarının əslən Xocavənddən olan Sarkis Baqdasaryan olduğu bildirilir. Maraqlıdır ki, "Baba və nənə"nin memarının azərbaycanlı Səfi Qarayev olduğunu deyənlər də var. Hətta məlumata görə, abidənin tikintisinə etiraz edən bir nəfər şuşalı tarixçi müəllim həmin dövrlərdə həbs edilib. Ermənilər "Biz və dağlar"ı bəzi mənbələrdə Stepan Şaumyanın, bəzilərində Tiqranın simvolu kimi də təqdim edirlər...
Səslənən mülahizələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən tarix elmləri doktoru, professor Fazil Baxşəliyev isə deyib ki, son günlər rezonans doğuran abidəni yerlə-yeksan etmək yox, tamamilə itirmək lazımdır: “Bəziləri deyirlər ki, Azərbaycana məxsusdur, bizim respublikanın vəsaiti ilə tikilib. “Dağlıq Qarabağ” bölgəsində 1923-cü ildən 1991-ci ildə ləğv olunana qədər Azərbaycan büdcəsi ilə yaşayıblar. Söhbət abidədən getmir, onun etnoqrafik xüsusiyyətlərindən, memarlıq quruluşundan gedir. Bunu isə ancaq mütəxəssislər bilir. Sadə oxucu abidəyə “pis”, “yaxşı” deyə bilər, amma mülahizə yürüdə bilməz. “Baba və nənə” abidəsinə “bizim abidəmizdir” deyənlər erməni etnoqrafiyasını götürüb oxusunlar, heç olmasa erməni qadınlarının XVIII-XIX əsr geyimlərinə, baş örtüklərinə baxsınlar. Abidədəki “nənə” erməni məxluqunun geyim formasındadır. Xüsusilə də baş örtüyü. Abidənin adı qoyulan zaman Moskva ilə müzakirə doğurub, bizimkilər də etiraz ediblər. Ermənilər sonradan Moskvaya müraciət ediblər. Həmişə olduğu kimi, Moskva adını təsdiqləyib. Abidənin üzünün Ermənistana tərəf olması şərt deyil. Həmin abidə Xankəndi şəhərinə gedən mərkəzi küçədə yerləşirdi. Dövlət avtomobil müfəttişliyinin orada məntəqəsi var idi. Yol oradan başlayırdı, bir hissəsi Şuşa yoluna dönürdü, digər hissəsi mərkəzi küçəyə - Xankəndiyə qalxırdı. Abidəni küçənin başlanğıcında sağ tərəfə qoymuşdular, üzü küçəyə baxırdı. Ermənilər bütün rituallarını, totemlərini bu abidənin yanından keçirirdilər. Abidə ermənilərin xüsusi simvoludur, guya ermənilərin Qarabağda olmalarını göstərir. Heykəlin yarısının torpağın altında olması da boş şeydir. Əsas budur ki, baş görünür. Axı o boyda baş olmur. Onsuz da ermənilər yekəbaşdırlar, amma heykəlin normal quruluşu olar. Ermənilərin “tuf daşı” deyilən çopur üzlü mərmər karyerləri var. Hara gedirlər, öz işarələrini qoyurlar. Qoyduqları işarələrdən biri də binalara tuf daşından çəkdikləri üzlükdür. Xankəndidə də bu var idi. Müəyyən evlərin üzərinə tuf daşından çəkmişdilər. Bununla bilinirdi ki, hansı evlər ermənilərindir. Məsələn, alban kilsəsi ilə erməni kilsəsinin memarlıq quruluşu ayrıdır. Bunu da memarlar bilirlər. Amma hamısını erməniləşdirirlər, guya bunlarındır”.
Professor F.Baxşəliyev bildirib ki, Xankəndi Pedaqoji İnstitutunda neçə illər işləyib: “Hazırda həmin İnstitutun 40-a yaxın müəllim kollektivindən cəmi dörd-beş nəfər müəllim sağ qalıb. Digərləri dünyalarını dəyişiblər. Abidəni yaxından görmüşük. Baxanda da aydın olur ki, qadın xüsusilə erməni qadınıdır. Nə qədər fürsət, imkan var, rəy yaratmaq, müəyyən instansiyalara bu barədə çatdırmaq lazımdır. Sabah necə olacağı bilinmir. Qalib gəlmişik, əcəb etmişik, torpaqlarımızı almışıq. Allah Ordumuzu var etsin, Prezidentimizə cansağlığı versin. Ermənilər Əsgəranda da boyük xaç düzəltmişdilər. Ağdamdan baxanda görünürdü. Köhnə Xankəndidə yaşayan biri kimi, müəllim, alim kimi tövsiyəm, xahişim budur ki, “Baba və nənə” adlandırılan abidəni yerli-dibli itirmək lazımdır. Abidənin quruluşuna baxın, istər “nənəsi”nin, istər “babası”nın bizə heç bir aidiyyatı yoxdur. Ermənilər öz bildikləri kimi tikiblər”.
Alim qeyd edib ki, 1969-cu ilə qədər Azərbaycan rəhbərliyi Moskvanın icazəsi olmadan nəsə edə bilmirdi, ermənilər nə istəyirdilərsə, onu edirdilər: “Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra Xankəndidə azərbacanlıların sayı artdı, sərbəst gedib-gəlirdik. Hətta ermənilər dəli oldular ki, 150 min guya qeydiyyatda olan əhali var idi, 50-mindən çoxu azərbaycanlı idi. Görürdülər ki, kəndlər boşalır, ermənilər çıxıb gedir, azərbaycanlıların sayı isə ilbəil artır. 1988-ci il hadisələrinə təkan verən səbəblərdən biri məhz bu idi. Biz Heydər Əliyevin rəhbərliyi dövründə ilk dəfə başa düşdük ki, o ərazi bizim imiş. O vaxta qədər bizə imkan vermirdilər. “Baba və nənə” abidəsi də 1969-cu ildən əvvəl tikilib, ermənilərin dəst-xətləridir. Bu, geniş müzakirə mövzusudur. Söz-söhbət lazım deyil. Etnoqrafik, siyasi, yaxud arxeoloji formada bu abidəni Xankəndidən birdəfəlik itirsinlər, ya da təyinatını, görkəmini dəyişib başqa forma versinlər. BMT-dən sülhməramlısı, müşahidəçisi, missiyası tökülüb gəlir. Bu qədər qaçqın didərgin düşəndə heç BMT reaksiya vermədi. Ermənilər də abidəni xüsusi vurğulayırlar ki, yerində qalsın. Çünki Qarabağı itirsələr də, abidəni guya sübut kimi göstərirlər ki, Qarabağ bunlarındır. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin