BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüdlü kəndində siqaret üstündə dava: Prokurorluq protest verdi

Ali Məhkəmədə Gədəbəydə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Akif Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

 

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət təqibinə zərərçəkmiş şəxs Əkbər Ələkbərovla (şərti) barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Habelə Akif Nəbiyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.  İttihama görə, hadisə 16 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzində qeydə alınıb. Belə ki, Akif Nəbiyev yaşadığı ünvana gedən zaman həmkəndlisi, zərərçəkmiş Əkbər Ələkbərovla qarşılaşdıqda ondan siqaret istəyib. Zərərçəkmiş isə ona siqaret verməyərək, qeyri-əxlaqi və kobud sözlər işlədib. Bu səbəbdən Akif əsəbləşərək işlətdiyi sözlərə görə qisas almaq niyyəti ilə ona yumruq və təpik zərbələri endirib. Nəticədə o, Əkbərin sağlamlığına az ağır zərər vurub.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin