BURADA REKLAMINIZ OLA
BİLƏR

Repetitor yanına gedənlərə xəbərdarlıq - VİDEO

Məktəblərin bağlanması ilə repetitorlara tələbat artıb.

 

Pravda.az-ın xəbərinə görə, abituriyentlər müəyyən bir fasilədən sonra repetitorların fəaliyyətinə icazə verilməsini fürsət bilərək yenidən fərdi məşğələlərə başlayıblar.

Amma xüsusi karantin rejimi müddətində repetitorlar və məşğələlərə gedən abituriyentlər mütləq qaydada bəzi məqamlara diqqət etməlidirlər. İlk olaraq, müəllimlər icaze.e-gov.az portalından qeydiyyatdan keçməlidirlər.

 

Təhsil eksperti Kamran Əsədov deyib ki, məşğələlərə yalnız 9 və 11-ci sinif şagirdlərinin cəlb edilməsi tövsiyə olunur.

 

Təhsil ekspertinin sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkərandan fərqli olaraq, digər şəhər və rayonlarda abituriyentlərin imkanı daha genişdir. Mayın 4-dən bəzi bölgələrdə karantin qaydalarının yumşaldılması repetitorların da işini asanlaşdırır.

 

Ekspertlər abituriyentlərə icazənin 3 saatlıq verildiyini xatırladaraq, müəllimlərin məşğələ müddətini əvvəlki vaxtlara nisbətən azaltmalarının və məşğələ vaxtından maksimum səmərəli şəkildə istifadə etmələrinin vacibliyini vurğulayırlar.Xəzər TV

 

Tarix: 3 May 2020, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin