BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda ağır qəza törədən sürücünün məhkəməsi başlayır

Cəlilabadda ölümlə nəticəlğnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Orxan Xəlilovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

 

Qeyd: Bu il aprelin 13-ü saat 16 radələrində rayonunun Gülməmmədli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobillə Nəsirov Fərhad Umudəli oğlunun “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “QAZ-2705 Yük Sərnişin” markalı avtomobili toqquşub.
 

 

Nəticədə “VAZ-21074 minik” markalı  avtomobildə sərnişin qismində əyləşmiş 1994-cü il təvəllüdlü Səfərov Paşa Əyyub oğlunun hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü M.Sadıqov “serebral koma, alının sağ yarısının hematoması, üzün sıyrılmış, cırılmış yarası”, “QAZ-2705 Yük Sərnişin” markalı avtomobilin sürücüsü Nəsirov Fərhad Umudəli oğlunun “alının sıyrığı, hər iki dizin sıyrılmış yaralar xəsarətləri alıb.
 

Faktla bağlı  Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin