BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada avtomobillə 3 nəfərin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Ağstafada ölümlə nəticəlğnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Orxan Xəlilovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

 

Qeyd: Hadisə bu ilin aprelin 29-da Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində "VAZ-2107" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, "VAZ-2107" markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

 

Bundan başqa "Toyota" markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

 

Hadisədən sonra Orxan Xəlilov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin