BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun 12 milyonluq tenderinin qalibi olan şirkətin iddası ilə bağlı qərar çıxarıldı

Bakı Kommersiya Məhkəməsində "Universal PRO” QSC-nin "Az-Mep Group" MMC-yə qarşı iddiasına baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia təmin edilib.


 
Qeyd: "Universal PRO” QSC "Az-Mep Group" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Məlumata görə, “Universal PRO” QSC ötən ay Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi olub. BDU İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınmasına görə, “Universal PRO” QSC-yə 12 milyon 397 min 352 manat 69 qəpik ödəyəcək.

 

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal PRO” QSC 2016-cı ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 152B, m-də yerləşən MMC-nin qanuni təmsilçisi Bayramov Elşən Məhəmməd oğludur.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2023, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin