BURADA REKLAMINIZ OLA
BİLƏR

Təmizlik işləri görən 76 yaşlı şəxs qonşunun tövləsini yandırdı – 30 minlik ziyan

Şəki Apellyasiya Məhkəməsində əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmədə təqsirləndirilən Əfqan Əmirovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Yevlax rayon sakini, 1947-ci il təvəllüdlü Əfqan Əmirov rayonun Tanrıqulular kəndində özünə məxsus torpaq sahəsində təmizlik işləri görmək məqsədi ilə ərazidə qurumuş kol-kosları üzərində olan kibritlə od vuraraq yandırmış və alovun özünə məxsus ərazidə sönməsini gözləmədən etinasızlıq göstərərək yanğını nəzarətsiz qoyaraq həmin ərazini tərk edib çıxıb gedib. Daha sonra yanğının qığılcımları ehtiyatsızlıqdan həmin ərazinin yaxınlığında yerləşən zərərçəkmiş Hamlet Qafarova (şərti) məxsus qamışdan olan heyvandarlıq tövləsini alışdırıb. Nəticədə həmin tövlədə saxlanılan ümumilikdə 30 120 manat dəyərində xırda buynuzlu heyvanlar, ev quşları və  ümumi sahəsi 90 m2 olan bir mərtəbəli tövlə yanaraq məhv olub.

 

Kamal Məmmədov

 

Tarix: 4 Oktyabr 2023, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin