BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkara qarşı dələduzluq edən şəxsə elektron qolbaq taxıldı

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ənvər Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Ənvər Məmmədov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini, sahibkar, zərərçəkmiş Namiq Əsədova (şərti) yalan vəd verib.

 

Belə ki, o, zərərçəkmişə dəyərindən aşağı qiymətə tütün məmulatları satacağını bildirib, ondan 2021-ci ilin iyun ayında Şirvan şəhərində yerləşən “Zəhra” mağazasında 5500 manat pul alıb.

 

Bundan başqa, Ənvər Məmmədov təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Namiq Əsədova yalan vəd verərək, ona dəyərindən aşağı qiymətə “Redbull” içkisi satacağını bildirib. O, bu yolla zərərçəkmişdən 2021-ci ilin iyun ayında mağazada 4000 manat pul alaraq dələduzluq edib.

 

Kamal Məmmədov

 

Tarix: 4 Oktyabr 2023, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin