BURADA REKLAMINIZ OLA
BİLƏR

Aptekin qarşında ustanı bıçaqlayan şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Hacıqabulda rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada Sahəddin Qarayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 30 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman” aptekin yaxınlığında qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1962-ci il təvəllüdlü Sahəddin Qarayev əvvəllər tanıdığı və aralarında düşmənçilik və ya ədavətin olmadığı zərərçəkmiş Əli Quliyevlə (soyadı şərti) söhbət edən zaman ona verdiyi əl fənərinin təmir edilərək vaxtında geri qaytarmadığını söyləyib. Bu zaman təqsirləndirilən şəxs üzrində olan bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə və üz nahiyəsinə qəsdən zərbələr endirib. Nəticədə o, Əlinin sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd: Əli Quliyev rayonda usta işləyir.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2023, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin