BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qayınatasını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Mirilinin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 

Qeyd: Bu il aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası, 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 4 Oktyabr 2023, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin