BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda piyadanı vuraraq öldürən sürücüyə CƏZA VERİLDİ

Nərimanov Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən R.Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

 

Qeyd: Bu il yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun Baksol yolunda müəyyən edilməyən avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Nərimanov Rayon Polis İdarəsinin Pİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Yol qəzasını törədən həmin avtomobilin sürücüsü Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 5 Oktyabr 2023, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin