BURADA REKLAMINIZ OLA
BİLƏR

Yolda saxlatdırdığı taksi sürücüsünün cibindən pulunu oğurladı - CƏZA

Ağdaş Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Dadaş Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

İttihama görə, Ağdaş rayon sakini, 1982-ci il təvəllüdlü Dadaş Quliyev özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə talayıb.

 

Belə ki, o, zərərçəkmiş Samir Babayevin (şərti) idarə etdiyi bənövşəyi rəngli “VAZ-21074” markalı avtomobil ilə Yevlax rayonundan Ağdaş rayonu istiqamətində hərəkət edən zaman Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində həmin nəqliyyat vasitəsinin salonunun ön sərnişin oturacağında sərnişin qismində əyləşib. Bu zaman Dadaş zərərçəkmiş şəxsin əynində olan gödəkçənin sağ yan cibindən 510 manat dəyərində “Redmi Note 9 S” markalı mobil telefonunu və həmin mobil telefonun içərisində olan hər birinin dəyəri 3 manat, ümumi dəyəri 6 manat olan 2 ədəd sim nömrəni çıxarmaqla oğurlayıb.

 

Daha sonra Dadaş Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 5 Oktyabr 2023, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin